30 Oktyabr

Ən yaxşı 10 bank - SİYAHI

Bankirlər arasında belə bir deyim var, dünyanı fırlanmağa banklar məcbur edir. Çünki banklar pulları idarə edir. Bəs dünyanı “fırlanmağa”məcbur edən banklar hansıdı?. Fins.az bu məsələyə aydınlıq gətirmək üçün tmn-ın hazırladığı dünyanın 10 ən zəngin banklarının siyahısını təqdim edir.

Bankın adı

Yerləşməsi

Aktivləri trilyon dollar

Bazar kapitalizasiyası

milyard dollar

Kapitalı

dollar

Yaranma tarixi

Əməkdaşlarının sayı

İndustrial and Commercial Bank of China (İCBC)

Çin-Pekin

3.42

224.08

274.43

1984

466000

JP Morgan Chase Co.

ABŞ- Nyu York

2.5

234.2

200.48

1799

240000

HSBC Holdings

Böyük Britaniya -London

2.41

133

153.30

1865

235000

Mitsubishi UFJ Financial Group

Yaponiya -Tokio

2.64

73.5

131.75

1880

108153

BNP Paribas

Fransa-Paris

2.51

66.8

98.55

1848

189000

Royal Bank of Canada

Kanada -Toronto

1.18

90.67

107.9

1864

80000

Banco Santander

İspaniya – Santander

1.43

71.25

105.96

1857

194000

Commonwealth Bank of Australia

Avstraliya – Sidney

0.873

120

99.2

1911

45948

UBS Group AG

İsveçrə -Çyurix

0.94

63.7

55.31

1862

60099

İtau Unibanco Holding

Braziliya San Paulo

0.42

50.5

113.1

1924

94800

INDUSTRIAL AND COMMERCIAL BANK OF CHINA (ICBC)

Adı çəkilən bankı ibarə heyətinin sədri Çeyan Çeyançindir. Hazırda Çin bankları dünyada ən böyük koorperasiyalar hesab olunur. Hər il Forbesdə çap olunan siyahıda Çin bankının adı dünya üzrə bank sektoru arasında liderlərdən olur. Bankın 70% Çin hökumətinə məxsusdur. ICBC 4.11 milyon koorperativ 282 milyon isə individual müştərilərə xidmət göstərir. 2016- cı ildə ICBC-nin gəliri 166,8 milyard dollar olub.

JP MORGAN CHASE CO.

Bankın prezidenti Ceyms Daymon . Bankın 200 illik tarixi var. JP Morgan Chase Co ABŞ bank sektorunun konqlemeratı hesab olunur. The Economist-in hesablamalarına görə bankın ümum daxili məhsulu 65 trilyon dollar təşkil edir.

HSBC HOLDINGS

Bankın rəhbəri Stüart Qulliverdi. Bank Avropanın ən böyük bank konqlemeratı hesab olunur. Bankın 85-dən çox ölkədə nümayəndəliyi var. 2016-cı ildə bankın gəlirləri 7.1 milyard dollar təşkil edib. HSBC berndinin qiyməti 20.7 milyard dollar təşkil edir.

MITSUBISHI UFJ FINANCIAL GROUP

Bankın prezidenti Nobuyuki Xiranodur. Mitsubishi UFJ Financial Group, Inc Yaponiyada MUFG kimi tanınır. Bank hazırda 400 milyon müştəriyə xidmət göstərir. Bankın 40 ölkədə filialı var.

BNP PARIBAS

Bankın rəhbəri Jan-Loran Bonnaffe-dir. BNP Paribas Avropada 4 daxili bazara malikdir. Bunlar Belçika Fransa İtaliya və Luksemburqdu. BNP Paribas Asiyanın bank bazarında da böyük pay sahibidir. Bank bu bazarda 3 il ərzində gəlirlərini 65% artıra bilib.

ROYAL BANK OF CANADA

Bankın prezidenti Devid Makkeydi. Bankın 16 milyondan çox müştərisi var. 150 ildən çox tarixə malik olan bankda ilk qadın işçi 1902-ci ildə olub. Hazırda bankın işçilərinin 72% qadınlar təşkil edir.

BANCO SANTANDER

Bankın rəhbəri Xose Alvaresdi. Bankın nüfuz dairəsi daha çox Almaniya Böyük Britaniya İspaniya və Latın Amerikası ölkələrindədir. Bankın 14700 filialı var və bu filiallar 100 milyon müştəriyə xidmət göstərir.

COMMONWEALTH BANK OF AUSTRALIA

Bankın rəhbəri Ayen Narevdi. Bankın biznes nüfuzu daha çox Böyük Britaniya Avstraliya Yeni Zelandiya Fidci və Asiya ölkələridir.

UBS GROUP AG

Adı çəkilən bankın təkcə İsveçrədə 300 filialı var. Bundan başqa 54 ölkədə filialı var. Bank 143 milyon müştəriyə xidmət göstərir.

ITAU UNIBANCO HOLDING

Bankın 21 ölkədə filialı var. Bankın Braziliyada və başqa ölkələrdə 32 min müştəri məntəqəsi, 5 mindən çox bank filialı və 46 min bankomatı var. Bankın mobil xidmətlərindən hər 3.5 milyondan çox adam istifadə edir.