30 Oktyabr

POS-terminalları neçəyə almaq olar? – ƏMƏLİYYAT FAİZLƏRİ

Azərbaycanda nağdsız ödənişlərin stimullaşdırılması davam edir. Artıq bir çox ticarət və xidmət obyekləri POS-terminalları əldə etmək məcburiyyətindədirlər.

Bəs görəsən sahibkarlar bu aparatları hansı bankdan və neçəyə əldə edə bilər? Ümumiyyətlə, ticarət obyektlərinin sahibləri əməliyyatlara görə neçə faiz ödəyir?

Bu suallara cavab tapmaq üçün Fins.az banklara müraciət etdi. Araşdırmanın nəticələrini təqdim edirik:

Bankın adı

POS terminalın qiyməti

Əməliyyat faizi

Bank Avrasiya

Pulsuzdur

Azəricard- la yerli əməliyyata görə 1 % xarici kartlar 2%

Bank of Baku

Pulsuzdur

Millicard-la 1% digər kartlarla 2%

Kapitalbank

Pulsuzdur

0.5-3 % arasında dəyişir

Bank BTB

Pulsuzdur-aylıq abunə 20 manat. Dövriyyə 1000 manatdan yuxarı olsa aylıq ödəniş olmayacaq.

Azəricard-la 2% xarici kartlarla 3.2%

Bank Siklway

Post terminal yoxdur

-------------------------

Paşa bank

pulsuzdur

2.2 %

AFB Bank

Pulsuzdur 200 manat depozit qoymaq lazımdır

əməliyyat 1%

AGBank

Pulsuzdur

1.7 %

Amrahbank

Pulsuzdur

Dövriyyə 1000-1500 manat olsa . əməliyyat faiz 1%

ATA Bank

Pulsuzdur

0.3%

Azərbaycan Beynəlxalq Bank

Pulsuzdur

2.8 % - 3.8%

ASC Bank

Pulsuzdur-POS terminalı qaytaranda 20 manat ödəmək lazımdır.

Millikard-la əməliyyatlar 1%

Digər kartlarla 2 %

Azər TürkBank

Pulsuzdur- ayda 30 manat ödənilir

1% master kartla 2% viza kartla 2.85%

Bank Respublika

Pulsuzdur-min manat depozit qoyulur. Aylıq dövriyyə 2 000 manat olmalıdır. Əks halda depozitdən hər ay 100 manat silinir.

Azərikard-la 1.5 % digər kartlarla 2.59%

Expressbank

Pulsuzdur-Depozit 250 manat

Millikard-la 1.2% beynəlxalq kartlarla 2.2%

Günay Bank

Pulsuzdur-aylıq xidmət haqqı depozit 20 manat

Millikard-la 1% beynəlxalq kartlarla 2%

Xalq Bank

Pulsuzdur-500 manat depozit

Xüsusi faizlər yoxdu. Faizlər razılaşma yolu ilə müəyyənləşir.

Muğanbank

Pulsuzdur-ayda 30 manat

Azərikartla 1.8 % digər kartlarla 3.8%

Unibank

Pulsuzdur-min manat depazit .Əməliyyat dövriyyəsi hər ay 300 manatdan az olsa depazitdən 100 manat silinir

Faizlər açıqlanmır

Aşağıdakı linkdən "Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları"nın və "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"nın təsdiq edilməsi barədə qanunla tanış ola bilərsiz.

http://www.cabmin.gov.az/?/az/pressreliz/view/784/