Bu dəfə ki, araşdırmamız isə banklarda cari hesabların açılması ilə bağlıdır. Cari hesabda müddətsiz qaydada pul vəsaitləri saxlamaq və həmin vəsaitləri istənilən vaxt hesabdan çıxarmaq mümkündür. Cari hesabla əlaqədar bütün əməliyyatlar hesabdakı pul vəsaitlərinin faktiki məbləği çərçivəsində aparılır. Fiziki şəxslərin cari hesabları əmanətlərin sığortalanması fondu tərəfindən qorunur. Cari hesabdakı vəsait qalığına faizlərin hesablanması isə banklardan asılı olaraq dəyişə bilər.
Müştərilər (hesab sahibləri) bank hesabları açarkən, bankları seçməkdə müstəqildirlər, bir və ya bir neçə bankda hesab aça bilərlər.
Həmçinin bank hesablarının açılması üçün maraqlı şəxslərin müraciətlərinə baxılması proseduru hər bir bankın müvafiq daxili qaydaları ilə müəyyən olunur. Daxili qaydaların hazırlanmasında bu Qaydalarla yanaşı «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları da nəzərə alınmalıdır.
Biz banklarla əlaqə saxlayaraq, onlarda adi fiziki şəxslər (yəni sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan) fiziki şəxslər üçün açılan cari hesabların xidmət haqqları ilə maraqlandıq. Əksər banklarda cari hesabların açılması və xidmət olunması ödənişsiz olsa da, bu xidmət üçün “10 AZN” komisyon haqqı lan banklar da vardır.
Beləliklə banklardan aldığımız məlumatlar asasında aşağıdakə cədvəli tərtib etdik.
Adi fiziki şəxs üçün cari hesabların açılması üçün şəxsiyyəti təsdiq edən sənəd kifayət edir.
Bankın adı |
Manat (AZN) |
Xarici valyuta |
Kapital Bank |
Ödənişsiz |
Ödənişsiz |
AccessBank |
Ödənişsiz |
Ödənişsiz |
Unibank |
Ödənişsiz |
Ödənişsiz |
Dəmirbank |
Ödənişsiz |
Ödənişsiz |
Atabank |
Ödənişsiz |
Ödənişsiz |
Bank Respublika |
Ödənişsiz |
Ödənişsiz |
Amrahbank |
Ödənişsiz |
Ödənişsiz |
Bank of Baku |
Ödənişsiz |
Ödənişsiz |
Nikoil Bank |
Ödənişsiz |
Ödənişsiz |
Expressbank |
Ödənişsiz |
Ödənişsiz |
Turanbank |
Ödənişsiz |
Ödənişsiz |
NBC Bank |
Ödənişsiz |
Ödənişsiz |
Bank BTB |
Ödənişsiz |
Ödənişsiz |
VTB Bank |
Ödənişsiz |
Ödənişsiz |
ASB Bank |
Ödənişsiz |
Ödənişsiz |
Bank Silk Way |
Ödənişsiz |
Ödənişsiz |
CDB BanK |
Ödənişsiz |
Ödənişsiz |
Xalq Bank |
Ödənişsiz |
Ödənişsiz |
AGBank |
Ödənişsiz |
Ödənişsiz |
Bank Avrasiya |
Ödənişsiz |
Ödənişsiz |
MuganBank |
Ödənişsiz |
Ödənişsiz |
Rabitəbank |
Ödənişsiz |
10 Azn |
Gunay Bank |
Ödənişsiz |
Ödənişsiz |
Yapı Kredi Bank |
5 Azn |
3 USD |
Beynəlxalq Bank |
10 Azn |
10 Azn |
AFB Bank |
10 Azn |
10 Azn |
Azər Türk Bank |
10 Azn |
10 Azn |
Ziraat Bank |
10 Azn |
10 Azn |
Paşa Bank |
- |
- |
Paşa Bank - əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və hüquqi şəxslərə xidmət göstərdiyi üçün bankın müştərisi olmayan fiziki şəxslər üçü hesab açılması mümkün deyil.
© Banco.az