«Unibank» kredit şərtlərini dəyişib. Bankdan fins.az-a verilən məlumata görə, iyun ayının 13-dən etibarən kredit götürənin minimal aylıq gəliri ilə bağlı tələb 410 AZN-dən 160 AZN-ə endirilib.
Belə ki, Unibankdan kredit götürmək istəyən şəxsin aylıq gəliri, vergilər çıxıldıqdan sonra minimum 160 manat təşkil etməlidir. Unibankın yeni kredit şərtlərinə görə, məbləğindən asılı olmayaraq kredit verilməsi üçün zamin tələb edilmir.
Unibankda kredit illik 29%-lə, 300-5000 AZN məbləğində və 3-24 ay müddətə verilir. Komissiya faizi- 1% (min. 20 AZN) təşkil edir.
Yeni müştərilər üçün, yaş həddi 20-60 ( kreditin bitmə tarixi) və son iş yerində staj minimal 12 ay təşkil etməli, təkrar müştərilər üçün isə yaş həddi 20-65 (kreditin bitmə tarixinə) və son iş yerində minimal iş stajı 6 ay olmalıdır.
Kredit götürmək üçün şəxsiyyəti təsdiq edən sənəd və gəlirləri təsdiq edən sənədlə birlikdə bankın filialına yaxınlaşmaq tələb olunur. Dövlət işində şəxslər iş yerindən arayış, özəl müəssisədə çalışanlar isə elektron arayış və əmək haqqı kartından son 6 ay üzrə çıxarışı təqdim etməlidirlər.
Unibankdan təkrar kredit götürmək üçün, ilk kreditin götürülməsi vaxtından 12 ay keçməli və ya əsas borcun 50%-dən çoxu artıq ödənilmiş olmalıdır.