Bank kartları ilə bağlı diqqət yetirilməli məqamlardan biri də vəsait nağdlaşdırarkən məbləğə limitin tətbiq olunub-olunmaması ilə bağlıdır. Bu limiti çox vaxt bank özü müəyyənləşdirir. Lakin bəzi banklarda siz maksimal məbləğ məhdudiyyətini aradan qaldıra bilərsiniz. Bunun üçün bankın filialına yaxınlaşaraq ərizə formasını doldurmaq kifayətdir. Bundan başqa kart hesabı açarkən bank özü sizin istəyinizdən asılı olaraq nağdlaşdırmaya gündəlik limit tətbiq edə bilər. Bu ondan ötrüdür ki, kart itdikdə və yaxud oğurlandıqda sizə dəyən ziyan mümkün qədər az olsun. Aşağıdakı cədvəldə nağdlaşdırma zamanı bankların maksimal məbləğlə bağlı müəyyənləşdirdiyi şərtlərlə tanış ola bilərsiniz:
Bankın adı |
Nağdlaşdırılan məbləğin limiti |
Digər kartlar ilə bu bankın bankomatlarından vəsait nağdlaşdırdıqda |
|
Bankın öz bankomatında |
Digər bankların bankomatlarında |
||
Kapital Bank* |
Maaş kartları- 2000 AZN, Pensiya kartı-500 AZN, Hərbi pensiya kartı- 2000 AZN. |
Həmin bankın şərtlərindən asılıdır |
- |
Beynəlxalq Bank |
Bir dəfəyə mak. 1000 AZN, gün ərzində 2000 AZN |
Həmin bankın şərtlərindən asılıdır |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Zamin Bank |
Maksimal məbləğ limiti yoxdur |
Həmin bankın şərtlərindən asılıdır |
Maksimal məbləğ limiti yoxdur |
Muğan Bank |
Bir dəfəyə mak. 500 AZN, 300 USD,gündəlik limit yoxdur. |
Banklarla dəqiqləşdirmək lazımdır. |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
AccessBank |
Bir dəfəyə max 600 AZN/USD, gün ərzində isə max 1000 AZN/USD vəsait nağdlaşdırmaq olar. |
Həmin bankın şərtlərindən asılıdır |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Ata Bank |
Bir dəfəyə və günlük limit 500 AZN |
Şərtlər eynidir |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Dəmir Bank** |
Bir dəfəyə mak. 1000 AZN, USD; gün ərzində 1000 AZN, USD; ay ərzində 20 000 AZN, USD |
Həmin bankın şərtlərindən asılıdır |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Unibank |
Bir dəfəyə mak. 500 AZN, gündəlik limit yoxdur. |
Gün ərzində maksimum 1000 AZN |
Bİr dəfəyə mak. 200 AZN, gündəlik limit yoxdur. |
Bank Respublika |
Mastercard Unembossed kartı vasitəsilə gün ərzində yalnız max 1000 USD nağdlaşdırmaq mümükündür. |
Həmin bankın şərtlərindən asılıdır |
Gün ərzində 1 dəfəyə 1000 AZN ş.v olmaqla istənilən qədər vəsait nağdlaşdırmaq olar. |
Xalq Bank |
Bir dəfəyə mak. 1000 AZN, 400 USD. Visa İnternet, Visa Electron, Əmək haqqı, Visa Classic, Mastercard Standard kartlarında gündəlik limit 3000 AZN/USD/AVRO, Visa Gold, Visa Business, Visa Platinum kartlarınsa isə gündəlik limit 5000 AZN/USD/AVRO |
Şərtlər eynidir |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
AG Bank |
Visa Classic/ MC Standard kartlarında bir dəfəyə və ya gündəlik 3150 AZN/USD- tranzaksiya sayı mak. 15; Əmək haqqı kartlarında bir dəfəyə və ya gündəlik 1500 AZN/USD- tranzaksiya sayı mak. 7 |
Şərtlər eynidir |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Amrah Bank |
Birdəfəyə 500 AZN, 200 USD. Gündəlik çəkilən məbləğ və tranzaksiya sayına məhdudiyyət yoxdur |
Həmin bankın şərtlərindən asılıdır |
Birdəfəyə 500 AZN, 200 USD. Gündəlik çəkilən məbləğ və tranzaksiya sayına məhdudiyyət yoxdur. (əgər bankın özünün limiti yoxdursa) |
ASB Bank |
Birdəfəyə 500 AZN/ USD/AVRO. Gündəlik çəkilən məbləğ isə debet kartlarda, max 4000 AZN/ USD/AVRO, kredit kartlarda isə max. 2000 AZN/ USD/AVRO. |
Gündəlik çəkilən məbləğ debet kartlarda, max 4000 AZN/ USD/AVRO, kredit kartlarda isə max. 2000 AZN/ USD/AVRO. Birdəfəyə çəkilən məbləğ isə bankomatlardan asılı olaraq dəyişə bilər. |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Bank Avrasiya |
Birdəfəyə 1000 AZN, 1000 USD. Gündəlik çəkilən məbləğ və tranzaksiya sayına məhdudiyyət yoxdur. |
Şərtlər eynidir |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Rabitə Bank |
AZN hesablı kartlardan bir əməliyyata max. 1000 AZN, gün ərzində max 5000 AZN, USD hesablı kartlardan isə bir əməliyyata max 500 USD, gün ərzində max 5000 USD nağdlaşdırmaq mümkündür.. |
Bir əməliyyata max 500 ş.v., gün ərzində max 5000 ş.v |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Nikoil Bank |
Bir dəfəyə mak. 1000 AZN/USD, maksimum isə 5 dəfə pul nağdlaşdırmaq mümkündür, yəni gündəlik mak. 5000 AZN və ekvivalenti |
Şərtlər eynidir. |
Gün ərzində 10 000 AZN, USD və Avroya qədər vəsait nağdlaşdırmaq mümükündür. |
Bank of Baku |
Bir dəfəyə mak. 1000 AZN/USD, tranzaksiya sayına və gün ərzində çəkilən məbləğin həcminə məhdudiyyət tətbiq edilmir. |
Şərtlər bankların qoyduğu tələbdən asılıdır. |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Para Bank |
Birdəfəyə və ya gün ərzində max məbləğ limiti kartlardan asılı olaraq aşağıdakı kimidir: Visa Electron –max 1000 ş.v, Visa Classic- max 2000 ş.v, Visa Gold- max 3000 ş.v, Visa Platinum max 5000 ş.v , Visa İnfinity max 15 000 ş.v |
Şərtlər eynidir. |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Ekspress Bank |
Debet kartlarında max 2000 AZN ş.v, max. 8 dəfə; Əmək haqqı kartları max 1500 AZN ş.v. 4 dəfə; Gold və Platinum kartlarında max 2500 AZN ş.v. 6 dəfə |
Şərtlər bankların qoyduğu tələbdən asılıdır. |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
VTB Bank |
Bir dəfəyə max. 2000 AZN, max 4000 USD, tranzaksiya sayına və gün ərzində çəkilən məbləğin həcminə məhdudiyyət tətbiq edilmir. |
Şərtlər bankların qoyduğu tələbdən asılıdır. |
Azericardı dəstəkləyən bankların bankomatından max 500 AZN/USD, digər bankların bankomatlarından siə max 300 AZN/USD |
Turan Bank |
Heç bir limit tətbiq olunmur |
Şərtlər bankların qoyduğu tələbdən asılıdır. |
Heç bir limit tətbiq olunmur |
AFB Bank |
Bir dəfəyə max 500 AZN/ USD, gün ərzində isə max 5000 AZN/USD pul nağdlaşdırmaq olar. |
Şərtlər eynidir. |
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
NBC Bank |
Limit tətbiq edilmir |
Limit tətbiq edilmir |
Əgər həmin bankların kartlarına hər hansı limit tətbiq olunmayıbsa, istənilən qədər pul çıxarmaq olar. |
Azər Türk Bank |
Bir dəfəyə max 1000 AZN/ USD nağdlaşdırmaq mümkündür. Gün ərzində Max limit müştərinin istəyindən asılı olaraq tətbiq edilməyə bilər. |
Nağd vəsaiti verən banka məxsus ATM-in birdəfəlik nağd vəsaitin verilməsi ilə bağlı limitindən asılı olaraq dəyişir. Gün ərzində Max limit müştərinin istəyindən asılı olaraq tətbiq edilməyə bilər. |
Bir dəfəyə max 1000 AZN/USD nağdlaşdırmaq mümkündür. Gün ərzində max limit şərtlərini kartın məxsus olduğu bank müəyyənləşdirir. Əgər hər hansı limit tətbiq edilməyibsə istənilən qədər vəsait nağdlaşdırmaq olar. |
Paşa Bank |
Heçbir limit tətbiq edilmir. |
Həmin bankın şərtlərindən asılıdır
|
Əgər həmin bankların kartlarına hər hansı limit tətbiq olunmayıbsa, Paşabankın bankomatlarında heç bir limit tətbiq olunmur. |
Bank BTB |
Visa Electron- 1500AZN/USD Visa Classic -2000 AZN/USD Visa Gold/ Platinum- 2500AZN/USD, Bİr cəhddən ATM-dən 1000AZN nağdlaşdırmaq olar.
|
Şərtlər eynidir.
|
Şərtləri kartın məxsus olduğu bank müəyyənləşdirir. |
Caspian Development Bank
|
Bir dəfəyə 500 AZN/USD, gün ərzində isə istənilən qədər pul nağdlaşdırmaq mümkündür. |
Şərtlər eynidir.
|
Əgər həmin bankların kartlarına hər hansı limit tətbiq olunmayıbsa, şərtlər: bir dəfəyə 500 AZN/USD, gün ərzində isə istənilən qədər. |
*Kapital Bankdan pul çəkərkən limiti bir günlük artırmaq istəyən müştərilər banka müraciət etməlidirlər.
** Müştəri kart hesabı açarkən bank tərəfindən gündəlik nağdlaşdırmaya olan limiti aradan qaldıra bilər. Yəni gün ərzində istədiyi qədər vəsait çəkə bilər.
***Müştəri bu limiti ümumiyyətlə aradan qaldıra bilər.