30 Oktyabr

Məhkəmədə olan kreditlərə faiz hesablanmır? - AÇIQLAMA

Azərbaycan bankları problemli kreditlərlə bağlı növbəti çətinliklə üzləşiblər. Belə ki, bank müştərilərinin əksəriyyəti hesab edir ki, problemli borca görə, məhkəmə mübahisəsi başlayıbsa, kreditə faiz hesablanması dayanır. Müştərilərin bu qənaəti bəzi məhkəmələrin qərarları ilə təsdiqlənir. Belə ki, bəzi məhkəmələrdə problemli kreditlərlə bağlı qərarlar qəbul ediləndə kreditin faiz hissəsi ilə bağlı konkret məbləğ göstərilir. Məhkəməərin bu yanaşması ölkə banklarına ciddi prolemlər yaratmağa başlayıb. Çünki onlar müştəridən kreditə görə real faizləri yox, sadəcə konkret məbləği ala bilirlər. Halbuki, real faizlərin məbləği daha böyükdır.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Hüquq Ekspert Qrupunun rəhbəri Qorxmaz Ağayev fins.az-a müsahibəsində belə problemin mövcud olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hazırda banklar problemli kreditlərlə bağlı məhkəmə işlərində belə hallarla tez-tez rastlaşırlar.

«AMB özü deyib ki, faiz hesablanmasın»

Maraqlıdır ki, məhkəmələrdə müştəriləri müdafiə edən bəzi hüqüqşünaslar da hesab edir ki, iş məhkəməyə düşəndə faiz hesablanması dayanır. Həmin vəkillər Azərbaycan Mərkəzi Bankının (AMB) normativ sənədinə əsaslanırlar. Söhbət AMB-nin 22.07.2000-ci il tarixli qərarı ilə təsiqlənmiş “Kredit əməliyyatları üzrə faizlərin hesablanmasının dayandırılması haqqında Qaydalar”dan gedir. Həmin qaydalarda banklara problemli kreditlər üzrə faizlərin balanslarda hesablanmasının müəyyən hallarda dayandırılması barədə tələblər vardır. Bəzi hüquqşünaslar da bu qaydanı əsas götürərək məhkəməyə müraciət edildikdə problemli kreditlərə görə faizlərin hesablanmadığını iddia edirlər.

«Bu qayda indi qüvvədə deyil»

Amma Q.Ağayev bildirir ki, problemli müştəriləri müdafiə edən bəzi hüquqşünasların Mərkəzi Bankın normativ sənədinə istinad etməsi də tam yalnışdır. Məsələ bundadır ki, həmin qaydalar banklar üçün yalnız maliyyə və prudensial tələblər nəzərdə tuturdu və hüquqi olaraq problemli müştərinin borcuna faiz hesablanmasının dayandırılması, ondan borcun alınıb alınmaması məsələsini bankın öhdəsinə buraxırdı. Qaydaların özündə də bu barədə xüsusi qeyd yazılmışdır.

Hüquqşünasın sözlərinə görə, əslində, bu qayda bankların balanslarında qeyri-dəqiqliyi araan qaldırmaq üçün qoyulmuşdu: «Məsələn müştəri kredit götürüb, amma onu qayarmır. Amma kreditə faizlərin hesablanması davam edir və bu faizlər bankların balanslarında da əksini tapır. Nəticədə bankların yüksək faiz gəlirlərinin olduğu görünür, halbuki bu gəlirləri real deyil, yəni yalnız sənəddə görünür. Bu isə bankların balansarında qeyri-dəqiqliyin yaranmasına səbəb olur». AMB də məhz belə halların qarşısını almaq üçün banklara icazə verib ki, faiz hesablanmasını balanslarında göstərməsinlər: «Yəni Mərkəzi Bank bankların gəlir balanslarının şişməməsi üçün onlara bildirib ki, faizlərin hesbalanmasını dayandırsınlar. Amma bu qaydalar müştərilərdən borcun alınmasına və faizlərin hesablanmasına mane olmur».

Nəhayət, hazırda bu qaydalar ümumən 01.12.2014-cü il tarixdən öz qüvvəsini itirdiyindən, bəzi hüquqşünasların bu qaydaların adını çəkməsi düzgün deyildir. Başqa sözlə, hüquqşünasın sözlərinə görə, AMB-nin qaydaları bankların daxili işi kimi qəbul oluna bilər, hüquqi cəhətdən isə kreditə görə faizlərin hesablanması borc qaytarılanadək davam etməlidir.

«Əslində faiz hesablanması dayanmır»

Halbuki, qanunvericiliyə görə, kredit işinin məhkəməyə düşməsi faizlərin hesablanasını dayandırmır. Q.Ağayevin sözlərinə görə, Azərbaycanda borc müqavilələri, o cümlədən bankla müştəri arasındakı kredit müqaviləsi mülki qanunvericilik – Mülki Məcəllə ilə tənzimlənir. «Məcəllədə isə yazılıb ki, borca görə faizlər borcun faktiki olaraq qaytarıldığı tarixə qədər hesablanır. Yəni istənilən halda, kreditə görə faizlərin hesabanması dayandırılmır. Hətta məhkəmə qərarı olsa belə bu borc faizləri ilə birlikdə qaytarılır». Digər qanunlar, o cümlədən «Banklar haqqında» qanun və Konstitusiya Məhkəməsinin müvafiq qərarları da borca görə faizlər borcun ödənildiyi son günə qədər hesablanmasını və ödənilməsini nəzərdə tutur. Başqa sözlə, Q.Ağayevin sözlərinə görə, qanunvericilikdə bununla bağlı heç bir boşluq yoxdur, yəni iş məhkəməyə verildikdən sonra da krelitə görə faizlərin hesablanması borc qaytarılanadək davam etməlidir.

«Məhkəmələr məsələyə fərqli yanaşırlar»

Amma problemli kreditləri araşdıran məhkəmələr bəzən məsələyə fərqli yanaşırlar. Q.Ağayevin sözlərinə görə, Mülki Məcəlləyə əsasən, kreitə faiz hesablanması borcun qaytarıldığı tarixədək davam etməli olduğu halda, bəzi məhkəmələr buna əməl etmirlər: «Təcrübədə belə olur – məhkəmənin öz qərarını çıxardığı tarixə bankdan borc haqqında arayış tələb edir və öz qərarını məhz bu arayışda göstərilmiş konkret məbləğlər (əsas borc, faiz və cərimə) əsasında çıxarır. Məsələn 1000 manat əsas borc, 500 manat faiz və 50 manat cərimə borcu. Yəni məhkəmə qərarı qəbul edildikdən sonra hesablanan faizlər bu qərarda öz əksini tapmır. Nəticədə məhkəmə icraçılar borcludan yalnız məhkəmə qərarında qeyd edilmiş konkret məbləğləri tələb edirlər».

Halbuki, məhkəmə qərarının icrasının özü xeyli vaxt tələb edir və bu müddətdə də kreditə faizlər hesablanır. Amma icraçılar bu faizləri nəzərə almırlar və banklara bildirirlər ki, onların işi məhkəmə qərarında göstərilən vəsaiti almaqdır.

Hərçənd Q.Ağayevin fikrincə, bəzi məhkəmələr məsələyə düzgün yanaşır. Bu məhkəmələrin qərarında göstərilir ki, borc faktiki ödənildiyi tarixədək faiz hesablansın.

Amma məhkəmə qərarlarının əksəriyyəti birinci formada – yəni sonrakı faizləri nəzərə almadan verilir. Xüsusilə istehlak kreditləri ilə bağlı mübahisələrdə məhkəmələr əksər hallarda belə mövqe tutur – yəni qərarı əmr-icraat formasında verirlər.

Müştərilər bankdan xahiş edirlər ki, onu məhkəməyə versin

Qeyd edək ki, məhkəmələrin eyni məsələyə fərqli yanaşmasının subyektiv səbəblərlə bağlı olur: «Bəzi məhkəmələr sadəcə bildirir ki, bu günkü tarixə borc necədirsə, mən onu araşdırıram və bundan sonrakı tarixə olanlar mənlik deyil».

Məhkəmələrin eyni məsələ ilə bağlı fərqli qərarlar verməsi borclu vətəndaşlar arasında çaşqınlığa səbəb olub. İnsanlarda elə təsəvvür yaranıb ki, güya iş məhkəməyə gedərsə, borca faiz hesablanmayacaq. Bankın kreditini qaytara bilməyən, ya da sadəcə qaytarmaq stəməyən müştəriər bu vəziyyətdən məmnundurlar. İş o yerə çatıb ki, bəzi müştərilər az qala özləri banklardan xahiş edirlər ki, bank onları məhkəməyə versin, çünki belə halda kreditə faiz hesablanması dayandırılır. Təbii ki, ölkə bankları bu vəziyyətlə qətiyyən razı deyillər. Amma hələlik məhkəmələrin məsələyə fərqli yanaşması banklara başqa variant qoymayıb.

«Belə müştərilərin borcu bir az da artacaq»

Əslində isə bu belə deyil. Banklar həmin borc üzrə məhkəmə qərarından sonra hesablanmış faizlərlə də bağlı məhkəməyə təkrar müraciət edə bilərlər. Bu halda hesablanmış yeni faizlər, təkrar məhkəmə işləri ilə bağlı rüsum və bankın digər xərcləri də borclunun mövcud borcunu bir az da artıracaq. Banklar əsasən 1-ci məhkəmə qərarından sonra öz borcunu ödəməyən və müxtəlif bəhanələrlə borcunu ödəməkdən imtina edən borcluları təkrar məhkəməyə verirlər. Bununla belə digər borclular da təkrar məhkəmə iddiasından sığortalanmamışdır. Çünki borcun borclu tərəfindən geri qaytarılması vaxtı uzandıqca bank öz artan xərclərini bu vəziyyətdə təqsirli olan borclu hesabına ödəmə hüququna malikdir.

Məsələni dövlət qurumları ilə müzakirə edirik

Məsələnin bu şəkil alması banklara da ciddi zərər vurur. ABA-nın hüquqşünası bildirdi ki, ABA rəhbərliyi bununla bağlı aidiyyəti dövlət qurumları iş aparılır: «İndiyədək bununla bağlı aidiyyəti qurumlarla müzakirələr aparılır. Onun nəticəsi olaraq məhkəmələr daha diqqətlə yanaşırlar». Bununla belə banklar intizamsız borcluları təkrar məhkəməyə verirlər ki, qərarın icrası müddətində hesablanan faizləri də alsınlar. ».