30 Oktyabr

“Zaminbank” pulköçürmə sistemini təkmilləşdirəcək

Gələn il “Zaminbank”a məxsus “Caspian Money Transfer” pulköçürmə sisteminin işi daha da təkmilləşəcək. Bu barədə fins.az-a açıqlamasında bankın İdarə Heyətinin üzvü Orxan Quliyev məlumat verib. Onun sözlərinə görə, sistemin işində informasiya texnologiyalarının geniş tətbiqi nəzərdə tutulub ki, bu da vətəndaşlara banka yaxınlaşmadan pul göndərməyə imkan verəcək: “Məqsədimiz odur ki, “Zaminbank”da hesabı olan şəxs birbaşa internet vasitəsilə pul köçürə bilsin. Yəgin ki, bu, yeni ildən mümkün olacaq”.

“Caspian Money Transfer” 2007-ci ildə Azərbaycanın ilk beynəlxalq pulköşürmə sistemi kimi yaradılıb. Bu sistemə Azərbaycanın aparıcı bankları, eləcə də Rusiya, Gürcüstan Moldova, Ukraynanın, Tacikistan, Özbəkistan, Qırğizstan, Türkiyə və BƏƏ (Dubay) bankları qoşulublar. SistemiPaydek, RIa, Intel Express, Faster, Avers və Lider pul köçürmə sistemləri ilə inteqrasiya olunaraq, 120-dən çox ölkəyə pul göndərməyə imkan verir.