30 Oktyabr

Beynəlxalq Bankda daha bir rəhbər şəxs təyinatı

Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstanda törəmə strukturu olan "ABB-Gürcüstan"ın Müşahidə Şurasının tərkibi yenilənib.

Fins.az-ın "Trend"-ə istinadən verdiyi məlumata görə, ABB-nin İdarə heyətinin sədrinin müavini olan Ülvi Mansurov Müşahidə Şurasının sədri təyin edilib.

Hidayət Sultanov (ABB-nin baş direktoru) onun müavini təyin edilib.

Bundan başqa, Yasin Cəlilov da (ABB-nin Korporativ biznes departamentinə rəhbərlik edir) Müşahidə Şurasının tərkibinə daxil olub.