30 Oktyabr

Azərbaycan bankı Gürcüstanda müxbir hesaba malik oldu

“Caspian Development Bank” Gürcüstanın aktivlərinin həcminə görə ən böyük bankı olan “Bank of Georgia” ilə müxbir münasibətləri yaradıb. Bankdan fins.az-a verilən məlumata görə, açılmış müxbir hesablar əsasında “Caspian Development Bank”ın müştəriləri üçün geniş bankçılıq xidmətləri təqdim ediləcək və xarici valyutalar üzrə ( ABŞ Dollar, AVRO, Britaniya funtu) xidmətlər daha operativ şəkildə həyata keçiriləcək. Bankın qarşısında duran prioritet məsələlərdən biri də müxbir şəbəkəsinin inkişafı və optimallaşdırılmasıdır.