30 Oktyabr

“Azər-Türk Bank” “Azərbaycan Beynəlxalq Bankı” ilə anlaşdı

“Azər-Türk Bank”ın “AzeriCard” prosessinq mərkəzinə keçidi başa çatdırılıb. Bankdan fins.az-a verilən məlumata görə, artıq müştərilər “MasterCard International” Beynəlxalq Ödəniş Sisteminin ödəmə kartları vasitəsilə Bankın “Card to Card Transfer”, “Сash In”, “Cash To Any Card”, “POS Credit”, “SMS Bildiriş”, “PIN Change”, “Internet Banking”, “MobilBank”, müxtəlif onlayn ödəmə xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz şəkildə istifadə edə bilərlər.

Həmçinin “Azər-Türk Bank”ın kart sahibləri “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) bankomatlarından, əlavə komisyon ödəmədən, “Azər-Türk Bank”ın öz bankomatlarında tətbiq olunan tariflərlə istifadə edə biləcəklər. Xatırladaq ki, “AzeriCard” prosessinq mərkəzi 100% ABB-yə məxsusdur.