“AFB Bank”ın rəhbərliyində dəyişiklik olub. Fins.az-ın bankın saytına istinadən verdiyi məlumata görə, qurumun Müşahidə Şurasına (MŞ) yeni sədr təyin edilib. Bu, indiyə qədər MŞ-nın üzvü olan Məmməd Cahangirovdur. O, bu vəzifədə Elxan Həşimovu əvəz edib.
Fins.az-ın əldə etdiyi digər məlumata görə isə, “AFB Bank” MŞ-nın üzvü Şahin Nağıyev vəzifəsindən kənarlaşdırılıb. Həmçinin MŞ-na 2 yeni üzvin seçildiyi bildirilir.