Gələn il “Atrabank” baş ofisinin yerini dəyişəcək. Bankdan fins.az-a verilən məlumata görə, bu məqsədlə paytaxtda müasir üslubda, 6 mərtəbəli bina tikilib. Bina Akademik Ziya Bünyadov prospekti, ev 48E ünvanında yerləşir. Demək olar ki, hazır olan binada hazırda kiçik tamamlanma işləri görülür. 2016-cı ilin “Atrabank”ın baş ofisinin bu binada fəaliyyət göstərməsi nəzərdə tutulub. Bankın hazırda baş ofisinin yerləşdiyi Rəşid Behbudov küçəsi, 77 ünvanındakı bina isə gələcəkdə əməliyyat idarəsi kimi fəaliyyət göstərəcək.