30 Oktyabr

Əhalinin 60%-i bank müştərisidir

Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycanda bank müştərilərinin sayı 5 milyon 645 min nəfər olub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, təkcə oktyabr ayında banklar 85 min yeni müştəri qazanıb. Hazırda ölkə əhalisinin təxminən 60%-i bank xidmətlərindən istifadə edir. Bank müştərilərinin 98%-i fiziki şəxslərdir.

Banklarda olan müştəri hesablarının sayı da artmaqdadır. 10 ayın yekunlarına görə, bu rəqəm 15 milyon 958 min olub. Təkcə oktyabr ayında banklarda 154 minə yaxın yeni hesab açılıb. Müştəri hesablarının 78%-i cari hesablar, 20%-i kredit hesabları, 2%-i isə deposit hesablarıdır.