Azərbaycan vətəndaşları pullarını yenidən əmlaka qoymağa başlayıb. Manatın taleyi ilə bağlı qeyri-müəyyənlik və tikinti şirkətlərinin aqressiv reklam kampaniyaları nəticəsində ölkədə mənzil və fərdi evlərin alınmasına yatırılan vəsaitlər kəskin artıb.
Azərbaycanda ipoteka krediti də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına təkcə bu ilin oktyabr ayında 117,2 milyon manat kredit verilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sonuncu dəfə daşınmaz əmlakın kreditləşməsində belə kəskin artım bu ilin fevral ayında, Azərbaycanda baş vermiş devalvasiyadan sonra qeydə alınıb. Həmin ay dollarla verilmiş kreditlərin hesabına daşınmaz əmlakın kreditləşməsi 64,1 milyon manat təşkil etmişdi. Sonrakı aylarda isə bu sahəyə verilmiş kreditlər 30 milyon manatı keçməyib, hətta bəzi aylarda azalma müşahidə edilib. İndi isə birdən-birə, sentyabr ayındakı 2,4 milyon manatlıq azalmadan sonra daşınmaz əmlak kreditlərində 120 milyon manata yaxın artım baş verib.
2015-ci ilin ayrı-ayrı ayları üzrə daşınmaz əmlakın kreditləşməsi
|
|
Yanvar |
-1,5 milyon manat |
Fevral |
64,1 milyon manat |
Mart |
28,2 milyon manat |
Aprel |
28,1 milyon manat |
May |
17,1 milyon manat |
İyun |
8,3 milyon manat |
İyul |
-11,9 milyon manat |
Avqust |
8,2 milyon manat |
Sentyabr |
-2,4 milyon manat |
Oktyabr |
117,2 milyon manat |