Beynəlxalq Bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyev həbs olunub.
Fins.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Məlumata görə, C.Hacıyev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.