30 Oktyabr

Əhali banklardakı pulunu geri götürür

Əhali banklarda əmanətlərini çıxartmaqda davam edir.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, oktyabr ayının sonunda fiziki şəxslərin banklarda 7 milayrd 172,9 milyon manat əmanəti olub. Bu, Sentyabr ayının sonu ilə müqayisədə 138,9 milyon manat və ya 1,9% azdır.

Bu ilin Fevral ayının sonunda fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 932,7 milyon manata çıxmışdı. Mart-Oktyabr aylarında fiziki şəxslərin əmanətlərindəki azalma 759,8 milyon manata çatıb (9,6%).

76%-İ DOLLARDADIR

Oktyabr ayının sonunda banklardakı 7 milyard 172,9 milyon manat əmanətin 1 milyard 723,8 milyon manatı və ya 24%-i milli valyuatda, 5 milyard 449,1 milyon manatı və ya 76%-i xarici valyutada olub.

Fiziki şəxslərin əmanətlərinin 6 milyard 280,5 milyon manatı rezidentlərə, 1 milyard 690 milyon manatı qeyri-rezidentlərə aid olub. Oktyabrda rezidentlərin əmanətləri 125,8 milyon manat, qeyri-rezidentlərin əmanətləri isə 52,8 milyon manat azalıb.

Aylar

Əhalinin əmanətləri, milyon manatla

Dekabr 2014

7188,4

Yanvar

7121,3

Fevral

7932,7

Mart

7781,6

Aprel

7717,2

May

7601,1

İyun

7653,6

İyul

7605,1

Avqust

7320,3

Sentyabr

7311,8

Oktyabr

7172,9

Mənbə: "Marja"