30 Oktyabr

Bankların 1,3 milyard manat pulu batıb

Azərbaycanın bank sektorunda problemli kreditlərin məbləği 1 milyard 301,9 milyon manat təşkil edir. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatda bildirilir. Məlumata görə, son bir ayda problemli kreditlərin həcmində azalma var. Belə ki, sentyabrın sonunda bu məbləğ 1 milyard 353,8 milyon manat idi.

İlin əvvəlindən indiyədək isə problemli kreditlərin məbləği 33,3% artıb.

Oktyabr ayının nəticələrinə görə problemli kreditlərin ümumi kredit portfelində payı da azalıb. Belə ki, hazırda bu göstərici, ümumi portfelin 7%-ni təşkil edir, bir ay əvvəl isə bu göstərici 7,1% idi.