Azərbaycan Banklar Assosiasiyası (ABA) Mərkəzi Banka ipoteka kreditləşməsinin genişləndirilməsinə dair təkliflər paketi təqdim edib. Fins.az-ın “Trend”ə istinadən yaydığı məlumata görə, bunu ABA-nın sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, bu məsələ rəhbərlik etdiyi qurumun 2015-2016-cı illərdə qarşıya qoyduğu əsas vəzifələrdən biridir. Zakir Nuriyev həmçinin qeyd edib ki, ipoteka kreditlərinin girov təminatı ilə bağlə bir sıra qanunlara, o cümlədən vergi qanunvericiliyinə dəyişikliklər paketi hazırlanıb. Dəyişikliklər əsasən yüklülük altında olan əmlaka tələb yönəldilməsi ilə bağlı məsələləri əhatə edir.