30 Oktyabr

İpoteka Fondunda daha 5 milyon manatlıq satış

Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı yanında İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. BFB-dən fins.az-a verilən məlumata görə, hərracda 1 birja üzvü iştirak edib. Sifarişin ümumi məbləği 5 milyon manat təşkil edib. Sifariş 100.9417% qiymətdə təqdim edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 21 noyabr 2024-cü ildir.