TuranBank Beynəlxalq Maliyyə Korporasiyasından 3,5 milyon dollar həcmində növbəti kredit tranşı almışdır.
TuranBank Mikro, Kiçik və Orta Sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndimək məqsədilə Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə 22 dekabr 2014-cü ildə imzaladığı 5 illik və ümumi həcmi 7 milyon ABŞ dolları olan kredit sazişi çərçivəsində 3,5 milyon dollar həcmində sayca ikinci tranşın cəlb edilməsini yekunlaşdırmışdır. Fins.az xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda deyilir.
Qeyd olunan maliyyə cəlbetməsi üzrə saziş Bankın IFC ilə imzaladığı sayca ikinci kredit sazişidir.
Bank 2011-ci ildə də IFC-dən MKOS-un maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 7 milyon ABŞ dolları həcmində vəsait cəlb etmişdi.
"Yeni kredit sazişi üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini IFC ilə bir çox layihələrin uğurlu nəticəsi kimi hesab etmək olar. İmzalanmış saziş çərçivəsində cəlb olunan maliyyə resursları Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın müxtəlif regionlarında MKOS-un inkişafına istiqamətləndiriləcəkdir",- Bankın məlumatında qeyd olunur.