30 Oktyabr

“Bank Technique”də «yaşıl işıq» - FƏALİYYƏTİNİ TAM BƏRPA EDİB

“Bank Technique” fəaliyyətinitam bərpa edib. Bankdan fins.az-a verilən məlumata görə, “Bank Technique” ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik edildikdən və Etibar Mahmud oğlu Əliyev Şuranın sədri vəzifəsinin icrasına başlayan andan, cəmi bir gün ərzində Bankın fəaliyyəti bərpa edilib. «Hazırda, Bank xidmət səviyyəsinin yüksəldilməsi və genişləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirir, müştərilər yüksək səviyyədə bank xidmətləri ilə təmin olunurlar»-deyə bankdan bildirilib.

Xatırladaq ki, özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.