30 Oktyabr

“AGBank” yeni filial açmağa hazırlaşır

Yaxın günlərdə “AGBank”ın Bakıda yeni filialı fəaliyyətə başlayacaq. Bu barədə fins.az banka istinadən xəbər verir. Məlumata görə, söhbət “Səbail” filialından gedir. Yeni filial metronun “İçərişəhər” stansiyasının yaxınlığında, Axundov bağının yanında yerləşir. Bu filialın açılması ilə “AGBank”ın filiallarının sayı 24-ə çatacaq.