30 Oktyabr

“Atrabank”dan 2 dəfə artım

Son 1 ildə “Atrabank” əksər maliyyə göstəricilərini təxminən 2 dəfə artırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, bu ilin yanvar-sentyabr aylarının yekununda “Atrabank”ın aktivləri 120,3 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76,12% çoxdur. Bankın cəmi öhdəlikləri 65,3% artaraq 74,3 milyon manat, cəmi kapitalı isə 97% artaraq 46 milyon manat olub.

Kredit portfelinin keyfiyyətini artırıb

9 ayın yekunlarına görə, “Artabank”ın kredit portfeli 65,6 milyon manat təşkil edib. Bu da 2014-cü ilin 9 ayına nisbətən 58,5% çoxdur. Halbuki bu dövrdə bankın vaxtı keçmiş kreditləri cəmi 13,2% artıb və 12,7 milyon manata çatıb. Problemli kreditlərin kredit portfelində payı isə 27,2%-dən 19,4%-ə düşüb.

Qeyri-faiz gəlirləri və xərcləri daha çox artıb

Hesabat dövründə “Atrabank”ın faiz gəlirləri 25,3% artaraq 4,4 milyon manat, faiz xərcləri 32,8% artaraq 3,5 milyon manat, qeyri-faiz gəlirləri 72,7% artaraq 1,5 milyon manat, qeyri-faiz xərcləri isə 68,1% artaraq 2,9 milyon manat olub.