Azərbaycanda kredit üçün banka girov qoyulmaş daşınmaz əmlakların satışı qaydaları dəyişdiriləcək. Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanda bildirilir. Fərmanda bildirilir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizmi, o cümlədən hərracların keçirilməsi qaydaları təkmilləşməlidir. Fərmana əsasən, Nazirlər Kabineti bununla bağlı təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.