Azərbaycanda ev və bina tikintisi üçün icazələrin verilməsi asanlaşacaq. Fins.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanda bildirilir. Fərmana əsasən, Nazirlər Kabineti ölkədə çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi prossedurlarının sadələşdirilməsi və sürətləndirilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir. Bundan başqa, yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurları da sadələşəcək. Nazirlər Kabineti fərdi evlərin tikintisi üçün prosedurların sadələşdirilməsi və sürətləndirilməsi barədə təkliflər hazırlayaraq prezidentə təqdim edəcək.