Bir az əvvəl xəbər verdiyimiz kimi, Etibar Əliyev yenidən "Bank Technique" ASC-nin Müşahidə Şurasının sədri təyin edilib. Bunu E.Əliyevin özü məlumat verib.
Etibar Əliyevi bildirib:
"Mən bu gündən bankın Müşahidə Şurasının sədri vəzifəsində səlahiyyətlərimin icrasına başladım. Bu, dövlət başçısının Azərbaycanda sahibkarlığın inkişafına göstərdiyi dəstək üzrə atılan addımların nəticəsidir".
Sədr qeyd edib ki, Müşahidə Şurası və İdarə Heyəti onun rəhbərliyi altında yenidən formalaşdırılacaq.
O, bildirib ki, ilk işi bank kollektivi ilə toplantı keçirib yaranmış problemləri dəyərləndirmək, təhlil etmək və bu problemlərin həlli yollarını tapmaq olacaq. O, bankın əvvəlki nüfuzunun geri qaytarılacağını qeyd edib.