“Bank Technique” ASC rəhbərliyinin dəyişdiyini təsdiqləyib. Bankdan fins.az-a verilən məlumata görə, “Bank Technique” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının Ümumi Yığıncağının 16.10. 2015-ci il tarixli qərarı ilə Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilmiş Etibar Mahmud oğlu Əliyev 27 oktyabr tarixindən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, artıq Etibar Məmmədov “Bank Technique”nin rəhbərliyinə qayıtmasından sonra ilk açıqlamasını verib.