30 phrase_var_core.october

“Azərbaycan Sənaye Bankı” filial şəbəkəsini optimallaşdırır

“Azərbaycan Sənaye Bankı” Bakıda yerləşən 3 filialını daha böyük və strateji mövqeyə malik digər filialları ilə birləşdirəcək. Bankdan fins.az-a verilən məlumata görə, söhbət Elmlər Akademiyası, Nərimanov və Həzi Aslanov filiallarından gedir. Bu işlər filial şəbəkəsinin optimallaşdırılması çərçivəsində görülür. Fəaliyyəti dayandırılacaq filialların müştərilərinə bundan sonra bankın digər filialları vasitəsilə xidmət göstəriləcək.