30 Oktyabr

SOCAR bank açır

Dövlət Neft Şirkəti (SOCAR) Monteneqroda bank açmağı planlaşdırır. Fins.az-ın "Marja"ya istinadən yaydığı məlumata görə, Monteneqro Mərkəzi Bankının SOCAR-a lisenziya verəcəyi gözlənilir.

Xatırladaq ki, SOCAR Monteneqroda 281,2 milyon dollarlıq layihə əsasında turizm-kurot mərkəzi tikir. SOCAR layihənin həyata keçirilməsi üçün Azmont Investments şirkətini yaradıb. Bankın yaradılmasında məqsəd Azmont Investments şirkətinin xərclərini azaltmaqdır. Eyni zamanda, Azərbaycan qazını Avropaya daşıyacaq Transadriatik qaz kəmərinin inşası üzrə əməliyyatlarda bu bankdan istifadə olunması planlaşdırılır.

Digər bir məlumata görə, SOCAR-ın Monteneqroda bank lisenziyası alması ilə bu ölkədə Azərbaycan kapitalı olan bankların sayı 15-ə çatacaq.