30 Oktyabr

“Accessbank”dan 7 milyon manata yaxın mənfəət

Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Accessbank”ın aktivləri 1 milyard 93,9 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur. Son 1 ildə bankın cəmi öhdəlikləri 13,6% artaraq 926,6 milyon manata, cəmi kapitalı isə 8,1% artaraq 167,3 milyon manata çatıb.

Problemli kreditləri 4,4%-dir

9 ayın yekunlarına görə, “Accessbank”ın kredit portfeli 0,4% artaraq 778,3 milyon manat olub. Bunun 4,4%-ni və yaxud 33,9 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib. Bankın depozit portfeli isə 5,7% azalaraq 254,8 milyon manata düşüb.

2,2 milyon manat vergi ödəyib

Hesabat dövründə “Accessbank”ın faiz gəlirləri 133,4 milyon manat, faiz xərcləri 46,9 milyon manat, qeyri-faiz gəlirləri 6,8 milyon manat, qeyri-faiz xərcləri isə 64,1 milyon manat təşkil edib. Beləliklə, bankın xalis əməliyyat mənfəəti 29,2 manat olub. Bank mənfəət vergisinin ödənilməsinə 2,2 milyon manat, digər xərclərə isə 12,1 milyon manat vəsait yönəldib. Son nəticədə “Accessbank” ilin 4-cü rübünə 6,9 milyon manat xalis mənfəətlə çıxıb.