Bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, “Caspian Development Bank”ın aktivləri 96,2 milyon manat təşkil edib. Fins.az-ın bankın maliyyə hesabatına istinadən yaydığı məlumata görə, bunun 45,6 milyon manatı bankın cəmi öhdəliklərinin, 50,6 milyon manatı isə cəmi kapitalının payına düşüb.
Hesabat dövründə bankın kredit portfeli 69,4 milyon manat, depozit porfeli isə 24,8 milyon manat olub.
9 ayın yekunlarına görə, “Caspian Development Bank”ın faiz gəlirləri 3,1 milyon manat, faiz xərcləri 1,1 milyon manat, qeyri-faiz gəlirləri 11,8 milyon manat, qeyri-faiz xərcləri isə 0,9 milyon manata yaxın olub. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 12,95 milyon manat təşkil edib.
Bununla belə, “Caspian Development Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13,45 milyon manat yönəltdiyi üçün, ilin 4-cü rübünə 0,5 milyon manat zərərlə çıxıb.