"TuranBank" mərkəzi ofisi İsveçrənin Sürix şəhərində yerləşən "responsAbility Investment AG" maliyyə təşkilatı ilə kredit sazişi imzalayıb. Bankdan fins.az-a daxil olan məlumata görə, saziş 3 il müddətinə 2 milyon ABŞ dolları məbləğində kreditin alınmasını nəzərdə tutur. Bu vəsait Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsini (KOS) genişləndimək məqsədilə istifadə olunacaq.