Bu ilin əvvəli ilə müqayisədə “Dəmirbank”ın işçilərinin sayı 3% azalıb. Fins.az-ın məlumatına görə, bu barədə bankın yaydığı açıqlamada bildirilir. İşdən azad olunanların sayı 35-dir. Bank ixtisarları biznes proseslərin avtomatlaşdırılması və son nəticədə resurslara qənaət edilməsi, işçi sayının optimallaşdırılması ilə izah edir.