30 Oktyabr

Expressbank maliyyə nəticələrini açıqladı

«Expressbank» 2015-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb. Fins.az-ın məlumatına görə, 1 oktyabr 2015-cü il tarixinə bankın aktivləri 286,6 mln. manat təşkil edib.

Bankın yaydığı məlumata görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 25,6 mln. manat və ya 12,2% artaraq 235,9 mln. manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2015-ci il tarixinə 100,6 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 55,1 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 8,1% çoxdur.

Bankın 1 oktyabr 2015-ci il tarixinə məcmu kapitalı isə 141,2 mln. manat təşkil edib. Bank xalis mənfəəti və digər göstəriciləri barədə məlumatları təqdim etməyib.

Expressbank Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Expressbank-ın xidmət şəbəkəsi 18 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 7500-dək POS terminal və 300-dək ExpressPay ödəniş terminalı vardır.