30 Oktyabr

“AtaBank” plastik kart sahiblərinə xəbərdarlıq edib

“AzeriCard" prosessinq mərkəzi mütəmadi olaraq ildə bir neçə dəfə xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə daxili sistemində yenilənmə işləri aparır.

Prosessinq mərkəzinin rəsmi məlumatına əsasən, oktyabr ayının 16-dan 17-nə keçən gecə, növbəti yenilənmə işlərinin aparılması ilə əlaqədar olaraq gecə saat 00:00-dan səhər saat 06:00-dək bankomat şəbəkəsi, POS-terminallar, plastik kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq. «Xahiş edirik əməliyyatlarınızı planlaşdırarkən məlumatı nəzərə alasınız»-deyə bankdan bildirilib.