Bu ilin 3-cü rübünün yekunlarına görə, “Bank Silk Vey”in aktivləri 312 milyon manat təşkil edib. Fins.az-ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur. Son 1 ildə bankın cəmi kapitalı 7,5% artaraq 116,3 milyon manat, cəmi öhdəlikləri isə 57% artaraq 195,7 milyon manat təşkil edib.
9 ayın yekunlarına görə, “Bank Silk Vey”in kredit portfeli 260,5 milyon manat olub. Bu da 2014-cü ilin yanvar-sentyabr aylarına nisbətən 46% çoxdur. Bankın əmanət portfeli isə 77% artaraq 96,4 milyon manata çatıb.
Hesabat dövründə “Bank Silk Vey”in faiz gəlirləri 17,8 milyon manat, faiz xərcləri 9,2 milyon manat, qeyri-faiz gəlirləri 8,2 milyon manat, qeyri-faiz xərcləri isə 8,7 milyon manat təşkil edib. Son nəticədə bank 8 milyon manat əməliyyat mənfəəti əldə edib. Bunun 4,4 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına, 0,2 milyon manatı isə mənfəət vergisinin ödənilməsinə yönəldilib. Belə ki, “Bank Silk Vey” ilin 9 ayını 3,4 milyon manat mənfəətlə başa vurub.