30 Oktyabr

«Ödəyə biləcəyiniz qədər kredit verəcəyik» - YENİ KREDİT SİYASƏTİ

İstehlak kreditləri üzrə ixtisaslaşmış “Bank of Baku” yeni kredit siyasətinə başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, “Məsuliyyətli Kreditləşmə Siyasəti”nin əsas məqsədi istehlakçıların həddindən artıq borc götürməsinə imkan verməmək, yəni onlara ödəyə biləcəkləri qədər kredit verməkdir.

Yeni qaydalara əsasən, bank müştərilərin ödəniş qabiliyyətini bu sənədlərlə müəyyənləşdirəcək:

- əməkhaqqı barədə iş yerindən arayış,

- xərclər çıxıldıqdan sonra qalan gəlirləri təsdiq edən vergi bəyannaməsi,

- təqaüd barədə təhsil müəssisəsindən arayış,

- sosial müdafiə orqanları tərəfindən verilən pensiya və müavinətlərin ödənilməsi haqqında arayışı

- sabit gəlirləri təsdiq edən digər sənədlər) təsdiq olunmuş aylıq gəlirləri,

- Bankdakı əmanətlər üzrə faiz gəlirləri.

Bundan başqa, borcalananın şəxsi keyfiyyətləri, yəni dürüstlüyü və məsuliyyəti, kredit tarixçəsi, ali vəziyyəti və öhdəliyində olan şəxslər, hazırki yaşayış yeri və orada yaşama müddəti nəzərə alınacaq.

Bank əmin edir ki, müsbət tarixçəsi olanlara kredit aşağı faizlərlə veriləcək.

Yeni qaydalara görə, kreditin ödənişi zamanı yaranan texniki problemlər yaransa və buna görə ödəniş geciksə, bank buna həssas yanaşacaq: «Bu məsələni xüsusi işçi qrupu araşdıracaq, mümkün maliyyə itkiləri və gecikmə günləri güzəşt edilərək kredit tarixçəsi bərpa ediləcək».