“Rusiya Azərbaycanla hesablaşmaların milli valyutalarla aparılması barədə işi genişləndirmək niyyətindədir”. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının XV iclasında çıxış edən Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçov bildirib.
“Əgər qarşılıqlı ticarət göstəricilərinə rubl hesabı ilə nəzər salsaq, hər iki tərəfdə 25-26 faiz artımı görərik. Qeyd etmək istəyirəm ki, qarşılıqlı hesablaşmalarda milli valyutadan istifadənin genişləndirilməsi məsələsini Rusiya Mərkəzi Bankı ilə işləyəcəyik", - deyə nazir müavini qeyd edib.
A. Lixaçovun sözlərinə görə, milli valyuta ilə hesablaşmaların aparılması ticarət dövriyyəsinin diversifikasiyasına və inkişafına, xarici dünya ilə əlaqədar risklərin azalmasına yardım edir.