30 Oktyabr

“Zıraat Bankası” Avropada 2-ci oldu

Azərbaycanda da fəaliyyət göstərən Türkiyənin “Zıraat Banka”sı yerli banklar arasında ən sağlam bank seçilib. Fins.az-ın məlumatına görə, banka ən yüksək reytinq Böyük Britaniyanın nüfuzlu “The Banker” nəşri tərəfindən verilib.

Media qurumunun gəldiyi nəticəyə əsasən, “Zıraat Bankası” sağlamlıq baxımından Qərbi Avropa ölkələrinin bankları arasında 2-ci, dünya bankları arasında isə 72-ci yerdədir. Qeyd edək ki, reytinq hazırlanarkən 48 ölkədən 250 bank qiymətləndirilib.