30 Oktyabr

Azərbaycanda ipoteka kreditləşməsi azalıb

Bu ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankı (AMB) yanında İpoteka Fondunun xətti ilə 71,8 milyon manat məbləğində ipoteka krediti verilib. Fins.az-ın ABM-yə istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır. Son 1 ildə kreditlərin məbləği 722 manat artaraq 40700 manata çatıb. Kredit üzrə aylıq ödəniş isə 21 manat azalaraq 298 manata düşüb. İpoteka kreditlərinin orta illik faiz dərəcələri də azalıb – 6,82%-dən 6,72%-ə. Kreditlərin orta müddəti isə 2 ay artaraq 22 il 8 ay olub.