Azərbaycanda devalvasiyadan sonra kredit riskləri artıb, üstəlik Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə kredit faizləri və komisyon haqları azaldılıb. Yaranmış vəziyyəti bankları ehtiyatlı olmağa, daha tədbirli davranmağa vadar edir. Fins.az-ın məlumatına görə, bu açıqlama ilə Bakıda keçirilən “Məsuliyyətli Mikromaliyyəyə Aparan Yol” adlı İnvestorlar Yarmarkasında “Bank of Baku”nun İdarə Heyətinin sədr müavini Natiq Nurəliyev çıxış edib. Onun sözlərinə görə, təmsil etdiyi qurum risklərini azaltmaq, yeni şəraitə uyğunlaşmaq üçün “Change” adlı layihə həyata keçirəcək. Söhbət 3 illik strategiyadan gedir.