30 Oktyabr

Problemli kreditlər yenidən artmağa başlayıb

Bu ilin avqust ayının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlər 1 milyard 333,6 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, iyul ayının yekunu ilə müqayisədə 3% çoxdur. Son 1 ildə problemli kreditlər 42,1%, ilin əvvəlindən bəri isə 36,6% artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı isə son 1 ayda 6,4%-dən 6,6%-ə yüksəlib. Ötən ilin eyni dövründə bu nisbət 5,4%, ilin əvvəlində isə 5,3% olub.