30 Oktyabr

Keçmiş işçisi “AGBank”ı məhkəməyə verib

“AGBank”ın işdən azad etdiyi əməkdaşı bankı məhkəməyə verib. Bu barədə fins.az Bakı Apelyasiya Məhkəməsinə istinadən xəbər verir. Bankın keçmiş işçisi Leyla Rəcəbova işə bərpa olunmaq tələbi ilə iddia qaldırıb. İddiaya ilk növbədə Yasamal rayon məhkəməsində baxılıb. 1-ci instansiya məhkəməsi bank əməkdaşının xeyrinə qərar çıxarıb. Amma “AGBank” bu qərardan apelyasiya şikayəti verib. Oktyabrın 9-da Bakı Apelyasiya Məhkəməsində, hakim Toğrul Əluyevin sədrliyi ilə işə yenidən baxılacaq.