30 Oktyabr

Azərbaycanın 10 bankı 200 ən böyük bank arasında

Rusiyanin “RİA Novosti” agentliyi Müstəqil Dövlətlər Birliyi (MDB) məkanındakı 200 ən iri kommersiya bankının reytinq cədvəlini hazırlayıb. Fins.az-ın "Marja"ya istinadən məlumatına görə, Rusiya banklarının çoxluq təşkil etdiyi reytinqdə ölkəmizin 10 bankı da yer alıb.

MDB məkanında 19-cu ən böyük bank olan Azərbaycan Beynəlxalq Bankı 11,73 milyard dollar aktivə malikdir. 2014-cü ildə bankın səhmləri 19,8% artıb, Azərbaycanın bank sektorundakı payı isə 36,5%-ə çatıb.

Azərbaycanın 2-ci ən böyük bankı Kapital Bank isə 107-ci pillədə qərarlaşıb. Bankın aktivləri 1,75 milyard dollar olub. Ötən il bank səhmlərini 30,5% artırıb və ölkənin maliyyə bazarında 5,5% paya sahib olub.

PaşaBank isə 1,62 milyard dollar dəyərində səhmlə 112-ci pilləni tutub. PaşaBank 2014-cü ildə Azərbaycanın bank sisteminin 5,1%-ni nəzarətdə saxlayıb.

MDB-nin 200 bankı arasında 116-cı pillədə qərarlaşan Xalq Bank isə 1,6 milyardlıq səhmə malikdir. 2014-cü ili elə də uğurlu keçirməyən bankın aktivləri ümumi göstəricidə 5%-dir.

Bank Standart 1,5 milyard dollar səhmə malikdir. Bu göstərici ilə MDB-də 120-ci göstəriciyə malik olan bank milli maliyyə sektorunda 4,7% paya nəzarət edir.

2014-cü ildə AsccessBank-ın səhmləri 32% dəyər qazanıb. Buna görə də reytinq cədvəlinin 129-cu pilləsində qərarlaşan bank 1,33 milyard dollar dəyərində səhmə malikdir.

UniBank isə MDB bankları arasında 139-cu yerdədir. 1,09 milyard dollar dəyərində qiymətləndirilən UniBank mili bank sektorunda 3,4% pay sahibidir.

Azərbaycanı təmsil edən daha bir bank – Bank of Baku isə MDB-də 152-ci sırada gələn bankdır. Bankın səhmləri 950 milyon dollar civarındadır. Ötən il Bank of Baku ölkənin bankçılıq sahəsində 3%-ə nəzarət edib.

Bank Technique siyahının 178-ci pilləsində qərarlaşıb. Onun səhmləri 780 milyon dollar, 187-ci pillədə yer alan Ata Bank isə 740 milyon dollar dəyərindədir.

MDB məkanının ən böyük bankı Rusiyanın SberBankı seçilib. Bankın səhmləri 368,69 milyard dollardır. Rusiyanın VTB Bankı 2-ci pillədə qərar tutub və 147,51 milyard dollar dəyərə sahibidr. “Üçlüyü” isə QazpromBank tamamlayır. Bankın səhmləri 82,43 milyard dollar təşkil edir.

Bankların reytinqi barede daha ətraflı buradan oxumaq olar: http://riarating.ru/banks_rankings/20150930/610673795.html