Bakı və Sumqayıt şəhərlərində «Muğanbank» ASC-nın 3 yeni şöbəsi fəaliyyətə başlayıb. Bankdan fins.az-a verilən məlumata görə, şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.
Yeni açılmış 2,3 və 8 saylı şöbələr müvafiq olaraq aşağıdakı ünvanlarda yerləşirlər:
2 saylı şöbə
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Ələsgər Ələkbərov küçəsi E.
Tel: (012) 538 44 12
3 saylı şöbə
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 6, mənzil 61
Tel: (012) 431 00 92
8 saylı şöbə
Ünvan: Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti 56C
Tel: (018) 652 02 99