Expressbank müştərilərə sərfəli şərtlərlə mikro kreditlər təklif edir. Bankdan fins.az-a verilən məlumata görə, “Öz işin varsa, kredit də var” şüarı ilə kənd təsərrüfatı, ticarət, xidmət və istehsal sahələrinin kreditləşməsi həyata keçirilir. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti 24 ayadək, illik faiz dərəcəsi isə 21%-dən başlayır.