“Muğanbank” əməliyyatçı-mühasib vəzifəsinə işçi axtarır. Fins.az-ın banka istinadən məlumatına görə, 22-30 yaşları arasında ali iqtisadi təhsilli, minimum 6 ay iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Əmək haqqı 300-500 manat təşkil edir.
Tələblər:
• Ali iqtisadi təhsil;
• İşə məsuliyyətli yanaşma;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• Zəruri kompyuter bilikləri olmalıdır
Öhdəliklər
• Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması;
• Müştərilərin hesabları üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil edilməsi;
• Müştərilərə yüksək səviyyədə bank məhsul və xidmətlərinin satışının təşkil edilməsi;
• Müştərilərdən əmanətlərin qəbulu prosedurları üzrə müvafiq biliyə malik olması və s.
• Maaş – 300-500 AZN
Şəhər – Bakı
Yaş – 22-30
İş təcrübəsi – minimum 6 ay.
Müraciət etmək istəyənlər [email protected] ünvanına fotolu CV-lərini göndərə bilərlər.