“Bank of Azerbaijan”nın əməkdaşları təxminən 2 aydır ki, əmək haqqı almır. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, buna səbəb nağd pul çatışmazlığıdır: “Maaşımız formal olaraq hesablanır, amma ödənilmir. Nə kassadan o pulu almaq, nə də bankomatdan çıxarmaq mümkün deyil”.
Bank əmanətçilər qarşısında da öhdəliklərini hələ tam yerinə yetirməyib. Onlarla insan bankdan pulunu almaq üçün növbədədir. “Bank of Azerbaijan” yenə də əmanətləri adambaşına 200-300 manat olmaqla, hissə-hissə qaytarır. Bu proses isə əsasən bankın baş ofisində həyata keçirilir. Nadir hallarda bankın filiallarından əmanətçilərə pul ödənilir.