30 Oktyabr

Beynəlxalq Bank kadr siyasətinə yenidən baxacaq – BANKIN RƏHBƏRİ

Azərbaycan Beynəlxalq Bankı (ABB) qarşısında qoyulan vəzifələrə nail olmaq üçün kadr siyasətinə yenidən baxacaq. Fins.az-ın məlumatına görə, bu barədə bankın rəhbəri Elmar Məmmədov öz müsahibəsində bildirib.

Onun sözlərinə görə, bankın maliyyə durumunun sağlamlaşdırılması, fəaliyyətinin səmərəliliyinin artırılması, urada müasir korporativ idarəetmənin qurulması nəzərdə tutulur. Bu vəzifələrin yerinə yetirilməsi üçün digər tədbirlərlə yanaşı, kadr siyasətinə yenidən baxılması və səriştəli kadrların Bankın fəaliyyətinə cəlb olunması nəzərdə tutulur.