30 Oktyabr

"Bank Technique"dən "Azər-Türk Bank"a transfer

Avqustun 26-da öz xahişi ilə "Bank Technique" ASC-nin "Mərkəz" filialının direktoru vəzifəsindən çıxmış Məmmədov Əhməd Məmməd oğlu “Azər-Türk Bank” ASC-yə təyinat alıb.

Fins.az-ın APA-a istinadən verdiyi məlumata görə, Ə. Məmmədov bankın “Mərkəz” filialının direktoru təyin edilib.